Yuxarı

FHN Qurtuluş Günü münasibətilə tədbirlər keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Dahi Rəhbərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər xalqın tələb və təkidi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışına qədər ölkəmizdə yaranmış dərin böhrandan, xalqımızı gözləyən faciələrdən bəhs ediblər. Bildirilib ki, səriştəsiz idarəçilik nəticəsində Azərbaycan tarix səhnəsindən silinmək, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı mürəkkəb bir zamanda xalqımızın Böyük Oğlu Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürərək Vətəni və xalqı qarşısında növbəti misilsiz xidmət göstərdi. Məhz Ulu Öndərin titanik fəaliyyəti nəticəsində dövlətimiz məhv olmaq təhlükəsindən xilas olundu, hərc-mərcliyə və ölkəmizin düşdüyü dərin böhrana son qoyuldu. Ulu Öndərin dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb oldu. Genişmiqyaslı, hərtərəfli islahatlar nəticəsində ölkəmiz çiçəklənmə, xalqımız rifah yoluna qədəm qoydu, qüdrətli Azərbaycan dövlətinin sarsılmaz əsasları yaradıldı.

Xüsusi vurğulanıvb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Dahi Rəhbərin mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrilib, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə Qarabağ erməni separatçılarından təmizlənib. Təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyan parlaq Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir.

Tədbirlərin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.

Tarix
2025.06.14 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım

Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...

Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto

İlham Əliyev Britaniya kralını təbrik etdi

Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov

Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi

Bayramov Arakçı ilə danışdı: Ərazimizdən İrana hücum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla