Yuxarı

Vəziyyət dəyişir: Türkiyə böyük riskə gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya proseslərinə birbaşa müdaxiləsi regiondakı qüvvələr nisbətinin dəyişdiyini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Türkiyənin Suriyadaxili proseslərdə fəallığı digər oyunçuları Ankaranın mövqeyi ilə hesablaşmağa məcbur edir:

"Suriyanın timsalında Yaxın Şərqdə vəziyyət dəyişilir, eyni zamanda da mürəkkəbləşir. Suriya müharibəsində iştirak edən qüvvələr arasında müxalifətçilər, Suriya ordusu, İŞİD, kürdlər və Türkiyə artıq tərəf kimi iştirak edirlər. Bu, onu deməyə əsas verir ki, konfliktdən sonra Suriyanın taleyində Türkiyənin böyük rolu olacaq. Ankara hətta öz tələblərini irəli sürmək haqqına sahib olacaq. Türkiyə istəyir ki, Suriyada keçid hökuməti yaransın və hakimiyyətdə Türkiyəyə dəstək olan qüvvələr yer alsınlar. Bu, Ankaranın birinci və əsas məqsədidir".

Politoloq hesab edir ki, təhlükəsizlik zolağının yaradılması Türkiyənin kürd separatçılarına qarşı mübarizədəki effektliliyini artıracaq:

"Türkiyə Suriyada PKK-nın dayaq bazalarını yox etmək istəyir. PKK hazırda PYD tərəfindən dəstəklənir. Bu isə növbəti mərhələdə PYD və Türkiyənin birbaşa toqquşması deməkdir. Türkiyə PYD-ni tamamilə neytrallaşdırmağa çalışacaq. O ki qaldı digər oyunçulara, onlar hələ ki, Suriya prosesini seyr edirlər. Çox güman ki, ABŞ, Rusiya və İran öz maraqlarını ortalığa qoyacaq. Hətta Səudiyyə, Qətər də müəyyən mərhələdən sonra öz sözlərini deyəcəklər. Nəticədə Suriyadaxili proseslərdə rəqabət artacaq ki, bu da böhranın tənzimlənməsi üçün yeni üfüqlərdən xəbər verir".

Qeyd edək ki, Türkiyə və Azad Suriya Ordusunun (ASO) Suriyada birgə uğurlu hərbi əməliyyatları davam edir.

Tarix
2016.08.30 / 09:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla