Yuxarı

Şəhid əsgərimiz Gürcüstanda yad edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan torpaqlarının erməni işğalçı qüvvələrindən müdafiəsi zamanı şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Elşən Vaqif oğlu Məmmədovun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində ehtiramla anılıb.

Axar.az xəbər verir ki, sentyabrın 25-də Zol-Güvəc kəndində şəhid Elşən Məmmədovun xatirəsinə tikilmiş "Şəhid bulağı"nın açılışı olub.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, hərbi attaşe aparatının əməkdaşları iştirak ediblər.

Tədbirdə şəhid E.Məmmədovun həyat yolundan, hərbi xidmətdəki nümunəvi davranışından bəhs olunub. Bildirilib ki, 2015-ci il sentyabrın 25-də düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış Elşən doğulduğu Zol-Güvəc kəndində torpağa tapşırılıb.

Şəhidin adının əbədiləşdirilməsi üçün "Şatirə bulağı"nın tikilməsi və onun anadan olduğu kəndin qazlaşdırılması şəhidlərə verilən yüksək qiymətin, onların ruhuna dərin hörmətin bariz nümunəsi kimi qiymətləndirilib.

Çıxışlarda Azərbaycanın və Gürcüstanın torpaqlarının işğal olunduğu təəssüf hissi ilə qeyd olunub, işğala son qoyulacağına, hər iki ölkənin ərazi bütövlüyünün bərpasına inam ifadə edilib.

Sonra səfirliyin əməkdaşları şəhidin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Diplomatlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi, səfirliyin əməkdaşları adından şəhidin valideynlərinə, yaxınlarına başsağlığı veriblər. Şəhid ailəsinə yardım göstərilib.

Tarix
2016.09.25 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla