Yuxarı

MDB PA-nın müşahidəçiləri Millli Məclisdə oldular

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycanda keçiriləcək referendumu izləyəcək MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, Valeh Ələsgərov qeyd edib ki, müasir dövrdə vətəndaşlar seçki hüququna daha çox önəm verirlər. Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi vətəndaş cəmiyyətinin sifarişidir. Dünyada və regionda baş verən təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun və idarəetmənin gücləndirilməsini tələb edirdi.

MDB Parlamentlərarası Assambleyası ilə ölkəmiz arasındakı münasibətlərdən söz açan Milli Məclis sədrinin müavini bildirib ki, bundan əvvəl də dəfələrlə Azərbaycanda keçirilən seçki proseslərini izləyən təşkilatın müşahidəçi missiyasının üzvləri hər zaman obyektiv və ciddi yanaşma nümayiş etdiriblər.

Nümayəndə heyətinin rəhbəri, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Federal Məclisin komitə sədri Dmitri Azarov, Qazaxıstan parlamentinin nümayəndəsi Serik Bekturqanov çıxışlarında obyektivliyin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilik missiyasının əsas xətti olduğunu bildiriblər. Artıq məntəqə seçki komissiyalarının formalaşması, yeni texnologiyaların tətbiqi, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə yaxından maraqlandıqlarını deyən qonaqlar sabah Azərbaycanda ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2016.09.25 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla