Yuxarı

Şeyx ölkəmizdə səfərdə olan dini liderlərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx ölkəmizdə səfərdə olan dini liderlərlə görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Azərbaycanda dinlər və mədəniyyətlərarası əməkdaşlığa dair, insan həmrəyliyinə xidmət edən ideyalara xitabən multikulturalizm, islam həmrəyliyi və “Yaşıl dünya naminə” illərin elan olunmasını, mütəmadi tədbirlərin keçirilməsini Azərbaycan Prezidentinin bəşəri dəyər kəsb edən siyasi liderliyinin təzahürü olduğunu qeyd edib.

İşğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işləri barədə danışan şeyx qeyd edib ki, Azərbaycan dövləti işğal dövrünün acı nəticələrini aradan qaldırır, dağıdılmış şəhər və kəndləri dirçəldir, vandalizmə uğradılmış dini-mənəvi irsini, müxtəlif dinlərə məxsus abidələri bərpa və yenidən inşa edir.

Sonra çıxış edən Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdüssəlam deyib ki, dünən Şuşada keçirilmiş dinlərarası mötəbər tədbir Azərbaycan dövlətinin dinlərə, multikulturalizmə verdiyi önəmin, söz və insan azadlığına göstərdiyi hörmətin göstəricisidir: "Dünən ziyarətin kilsədən başlaması düşünürəm ki, bütün dünya üçün böyük mesaj - siqnal idi. Məhz bu cür hörmət və qonaqpərvərliyə görə mən Azərbaycan dövlətinə və Prezidentinə öz təşəkkürümü bildirirəm”.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Sonda iştirakçılar üçün ziyafət verilib.

Tarix
2024.05.03 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla