Yuxarı

Yusif Eyvazovla bağlı nazirlikdən açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yusif Eyvazovla bağlı nazirlikdən açıqlama

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı mediada səslənən məsələlərdən xəbərdarıq və buna həssas yanaşırıq. Mədəniyyət müəssisələri qarşıdurma yox, əməkdaşlıq məkanıdır - bu bizim əsas prinsipimizdir.

Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Hazırda məsələ ilə bağlı bütün tərəflərin mövqeyi öyrənilir və proses nazirliyin diqqətindədir. Zərurət olduqda vəziyyətə institusional səviyyədə müdaxilə mexanizmləri tətbiq olunur. Yanaşmamız ondan ibarətdir ki, hər hansı fikir ayrılığı emosional müstəvidə deyil, dialoq və qarşılıqlı anlayış çərçivəsində həllini tapsın. Həm teatr rəhbərliyi, həm də irad bildirən əməkdaşlarla ünsiyyət imkanları açıqdır. Zərurət yaranarsa, nazirlik platformasında müzakirələrin təşkili mümkündür.

Əsas məqsədimiz vəziyyəti obyektiv qiymətləndirmək, balanslı qərarların qəbulunu təmin etmək və kollektivin normal iş ritmini qorumaqdır”, - qurumdan bildirilib.

Qeyd edək ki, Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov teatrın bəzi əməkdaşlarının iradları səbəbindən Mədəniyyət Nazirliyinə çağırılıb.

Tarix
2026.04.08 / 12:42
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla