Yuxarı

“Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - Video

Sərfəli mobil operator “Nar” gənclərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və işlə təmin olunmasına dəstək verən “Təlim Məktəbi” layihəsini on ilə yaxındır ki, həyata keçirir. Bu illər ərzində layihə modelyer-dərzi, manikür ustası, aşpaz, şirniyyat ustası və motorçu kimi müxtəlif peşələri əhatə edib. Layihə çərçivəsində iştirakçılar müxtəlif peşələr üzrə bilik və praktiki bacarıqlar əldə edir, bu bacarıqları real iş mühitində tətbiq edərək əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.

Layihənin iştirakçısı Fatimə Hüsiyeva modelyer-dərzi peşəsi üzrə təlim keçərək qazandığı bacarıqlar sayəsində Bakı Tekstil Fabrikində işə qəbul olunub və hazırda fəaliyyətini burada davam etdirir. “Nar” Fatimənin peşə təlimindən iş həyatına qədər keçdiyi yolu əks etdirən qısa videomüsahibə hazırlayıb. Müsahibədə Fatimə peşə seçimi, təlim müddətində qazandığı biliklər və hazırkı iş təcrübəsi haqqında danışır. Videomüsahibəni bu linkdən izləyə bilərsiniz.

Qeyd edək ki, “Nar”ın Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri təşkil etməklə, onların müxtəlif iş bacarıqlarına yiyələnməsinə töhfə verir. Layihə eyni zamanda sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləyərək inklüziv iş mühitinin formalaşmasına diqqət çəkir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.08.19 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla