Yuxarı

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin X sosial şəbəkəsindəki bildirilib.

Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa Birliyi, Azərbaycan, Avstriya, Belçika, Danimarka, Estoniya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Almaniya, Norveç, Slovakiya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Filippin, İsveçrə, İsveç, Yaponiya, Çexiya, Polşa, Kipr və Çindən olan tərəfdaşlar Ukraynaya enerji avadanlıqları təqdim ediblər.

Ümumilikdə 2022-ci ilin martından ölkənin Energetika Nazirliyinin koordinasiyası ilə Ukraynaya ümumi çəkisi 32,3 min tondan çox olan enerji avadanlıqlarından ibarət 2 542 humanitar yük daxil olub. 28,9 min tondan çox avadanlıq artıq regionlar arasında bölüşdürülüb.

"Ukraynanın enerji sisteminin işinin təmin edilməsindəki yardıma görə bütün tərəfdaşlarımıza dərindən minnətdarıq", - məlumatda qeyd olunub.

Tarix
2026.08.19 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla