Yuxarı

Bir ekosistemi bu sektorda müştəri təcrübəsini rəqəmsallaşdırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir ekosistemi bu sektorda müştəri təcrübəsini rəqəmsallaşdırır

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, HoReCa (otel, restoran, kafe/ketrinq) sektorunda müştəri təcrübəsini yaxşılaşdırmaq, rəqəmsal transformasiyanı sürətləndirmək, rəqəmsal ödənişlərin tətbiqini genişləndirmək məqsədi ilə İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA), eləcə də restoran və pərakəndə bizneslər üçün rəqəmsal həllər təqdim edən “Clopos” startapı ilə strateji tərəfdaşlığa başlayıb.

Bir, İİQA və “Clopos” arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində xidmət sektoru üçün yeni başdan-başa onlayn (“end-to-end”) rəqəmsal həll tətbiq edir. Bir ekosisteminin infrastrukturu üzərində qurulan bu həll sifarişdən ödənişədək bütün prosesləri rəqəmsallaşdırır. Vahid QR mexanizmi sayəsində qonaqlar masadakı kodu oxudaraq menyuya daxil ola, xidmət göstərən şəxsi gözləmədən sifariş verə, hesabı Bir Pay və digər ödəniş vasitələri ilə ödəyə, həmçinin rəqəmsal şəkildə bəxşiş əlavə edə bilərlər.

Həll müştərilər üçün daha rahat və sürətli xidmət təcrübəsi yaratmaqla yanaşı, iaşə obyektlərinə sifariş və ödəniş proseslərini optimallaşdırmağa və əməliyyatların effektiv idarə olunmasına imkan yaradacaq. Tərəfdaşlığın əsas hədəfi texnologiya, ödəniş infrastrukturu və HoReCa bizneslərini bir araya gətirərək sektorun rəqəmsal inkişafına və dayanıqlı ekosistemin formalaşmasına töhfə verməkdir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

Tarix
2026.08.19 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla