Yuxarı

Klubsuz qalan ən bahalı futbolçular - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klubsuz qalan ən bahalı futbolçular - Siyahı

Transfermarkt klubsuz statusunda olan futbolçuların yeni bazar dəyərlərini açıqlayıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, aparılan son yeniləmədə demək olar ki, bütün oyunçuların dəyərində azalma qeydə alınıb.

Yeniləməyə əsasən, klubsuz futbolçular arasında ən yüksək bazar dəyərinə malik oyunçu 3,5 milyon avro ilə Felipe Karballo olub. Uruqvaylı yarımmüdafiəçini 2,5 milyon avro ilə Amin Bassi və Filippe Koutinyo izləyir.

Bir vaxtlar Avropa futbolunun ən önəmli ulduzlarından sayılan Koutinyonun bazar dəyərinin 3,5 milyon avrodan 2,5 milyon avroya düşməsi diqqət çəkib. Braziliyalı futbolçunun dəyəri 2018-ci ildə 150 milyon avroya qədər yüksəlmişdi.

Hücum xəttində Andres Vomberqar 2 milyon avro, "Fənərbağça"nın sabiq oyunçusu Rayan Kent isə 1,8 milyon avro bazar dəyəri ilə ön plana çıxıb. Conatan Rodriqesin dəyəri 2 milyon avrodan 1,5 milyon avroya enib, İuri Medeiros isə 1,8 milyon avrodan 1,5 milyon avroya geriləyib.

Müdafiə xəttində Bruks Lennon, Adam Masina, Loqan Ndenbe və “Qalatasaray”ın sabiq üzvü Serj Orye diqqət çəkən isimlər olub. Lennonun bazar dəyəri 1,8 milyon avro olaraq yenilənib, Oryenin dəyəri isə 1,2 milyon avrodan 800 min avroya düşüb.

Yarımmüdafiədə Xose Martinez 1,8 milyon avro, Tallis Kosta 900 min avro, yenə “Qalatasaray”ın sabiq oyunçusu Serxio Oliveyra isə 800 min avro bazar dəyəri ilə siyahıda yer alıb. Oliveyra “Qalatasaray”da 58 oyuna çıxaraq iki Super Liqa çempionluğunda mühüm rol oynamışdı.

Ən kəskin enişlərdən biri Zymer Bytyqidə qeydə alınıb. 29 yaşlı hücumçunun bazar dəyəri 2 milyon avrodan 1,2 milyon avroya düşərək 40 faiz azalıb. Leo Bonatini isə 2 milyon avrodan 1 milyon avroya enərək 50 faizlik itki ilə siyahının ən çox dəyər itirən oyunçularından biri olub.

Bir vaxtlar böyük ümidlər vəd edən Dele Allinin bazar dəyəri də enməkdə davam edir. 29 yaşlı futbolçunun dəyəri 1,5 milyon avrodan 1 milyon avroya düşüb. Vaxtilə “Beşiktaş”da da çıxış edən Allinin bazar dəyəri 2018-ci ildə 100 milyon avroya çatmışdı.

Tarix
2026.04.09 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla