Yuxarı

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

Aprelin 8-də Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Turan Balabilgə Akademiyası”nın prezidenti Şəmil Sadiq xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlı ilə görüş keçirib.

Kult.az xəbər verir ki, görüş zamanı Şəmil Sadiq Sabir Rüstəmxanlının ölkəmizin, eləcə də türk dünyasının ictimai-siyasi, ədəbi-mədəni həyatındakı səmərəli fəaliyyəti və xidmətlərindən söz açıb.

Şəmil Sadiq qeyd edib ki, Sabir Rüstəmxanlı uzun illərdir türk dünyasının mənəvi birliyinin möhkəmlənməsi, ortaq dəyərlərin qorunması və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən görkəmli ziyalılardandır. O, həm yaradıcılığı, həm də ictimai fəaliyyəti ilə türk xalqları arasında mədəni və ideoloji bağların güclənməsinə mühüm töhfələr verib.

O, Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatı – “Turan bilgəsi”ni Sabir Rüstəmxanlıya təqdim edib.

Eyni zamanda bildirilib ki, Sabir Rüstəmxanlı Turan Balabilgə Akademiyasının fəxri üzvü seçilib.

Xalq şairi Sabir Rüstəmxanlı təqdim olunan mükafata və göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, Turan Balabilgə Akademiyasının yaradılmasını Türk dünyasının ortaq dəyərlərinin, tarixinin və mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm təşəbbüs kimi qiymətləndirib.

Qeyd edək ki, Turan Balabilgə Akademiyası ötən il dekabrın 5-də Bakıda təsis olunub.

Tarix
2026.04.08 / 22:13
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla