Yuxarı

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

ABŞ Prezidenti Donald Trampın 14 günlük atəşkəsə razılaşmasının arxasında bir sıra hərbi-texniki səbəblər dayanır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Eldar Namazov ABŞ və İran arasında ötən gün əldə edilən iki həftəlik atəşkəs razılaşmasını İTV-yə şərh edərkən deyib.

Onun sözlərinə görə, səbəblərdən biri ABŞ-ın əvvəlcədən nəzərdə tutduğu hədəflərin artıq yerinə yetirilməsi ilə bağlıdır:

“ABŞ-ın nəzərdə tutduğu 1300 obyekt artıq vurulub. Bunlar ordu, SEPAH, “Bəsic” və digər hərbi qurumlar, müdafiə obyektləri, dəniz donanması, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi sənaye – raket və maşınqayırma zavodlarıdır. Onların hamısı vurulub. İndi isə yeni siyahı hazırlanır və bu artıq infrastruktur obyektlərini əhatə edir. Yollar, körpülər, elektrik stansiyaları hədəfə alınmalıdır. Bu isə əvvəlcədən nəzərdə tutulmuş plan deyildi. Ona görə də Tramp bildirir ki, nəzərdə tutulan hədəflər yerinə yetirilib, hətta daha artıq nəticə əldə olunub.

Növbəti mərhələdə mülki infrastruktura zərbələrin endirilməsi gözlənilirdi ki, bu da artıq sadə vətəndaşların vəziyyətini çətinləşdirəcəkdi. Bu məqamda Tramp dayandı və düzgün qərar verdi. Çünki bu, artıq İranın hərbi qüvvələrinə deyil, mülki əhaliyə ciddi təsir göstərəcəkdi”.

Namazovun fikrincə, ikinci səbəb əməliyyatların intensivliyi ilə bağlıdır:

“Pentaqon xahiş etdi ki, 38 gün ardıcıl davam edən əməliyyatlardan sonra heyət dəyişdirilməli, texnika təmir olunmalıdır. Buna vaxt lazımdır. Müharibə faktiki olaraq birtərəfli aparılırdı. Tehranın səmasında ABŞ və İsrail qırıcıları uçur, bombardmanlar həyata keçirirdi. 1300 hərbi obyektin vurulması ilə bu mərhələ başa çatıb”.

Üçüncü səbəb isə Hörmüz boğazındakı vəziyyətlə əlaqələndirilir:

“Müharibə başlayandan İran Hörmüz boğazını bağlamışdı. Orada 800-ə yaxın müxtəlif ölkələrə məxsus gəmi və təxminən 20 min dənizçi ilişib qalmışdı. Onlar faktiki olaraq İranın girovuna çevrilmişdi. Həmin ərazidə zərbə endirilməsi çoxsaylı insan tələfatına səbəb ola bilərdi. Buna görə də Tramp hesab etdi ki, əvvəlcə Hörmüz boğazı açılmalı, insanlar təhlükəsiz şəkildə çıxarılmalıdır. Bundan sonra hərbi əməliyyatları davam etdirmək və daha ağır zərbələr endirmək mümkün ola bilər”.

Tarix
2026.04.09 / 13:08
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla