Yuxarı

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

ABŞ və İran arasında atəşkəs razılaşması müasir qlobal siyasətdə diqqətəlayiq və tarixi bir prosesdir. Bu vəziyyətdə Pakistanın sülhə verdiyi töhfə də yüksək qiymətləndirilməlidir. Çünki ABŞ ilə İran arasında gərginliyin dünyanı müharibə həddinə gətirdiyi bir vaxtda Pakistan güclü iradə və səbir nümayiş etdirdi. Baş nazir Şahbaz Şərif və ordunun baş komandanı Asim Munirin rəhbərliyi altında Pakistan pərdə arxasında gecə-gündüz yorulmadan çalışdı.

Bu sözləri Axar.az-a açıqlamasında pakistanlı politoloq Xalid Teymur Əkrəm ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəsi qiymətləndirərkən deyib.

“ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər ki, bu da sülh üçün yeni imkanlar yaradır. Qəbul edilmiş qərar yalnız münaqişədə fasilə verilməsi deyil, həm də önəmli diplomatik uğur və danışıqlara açılan qapıdır.

Əhəmiyyətlisi isə odur ki, Pakistan sülh səylərinə ev sahibliyi edib və prosesi asanlaşdırıb. Hətta bu artıq “İslamabad sülh prosesi” kimi tanınır.

Düşünürəm ki, aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar Pakistanın proaktiv diplomatiyasının birbaşa nəticəsidir. Baş nazir Şahbaz Şərif əsas tərəfləri dəvət edərək Pakistanın dialoqa və münaqişələrin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Bu, Pakistanın yalnız regional oyunçu deyil, həm də mürəkkəb beynəlxalq münaqişələrin həllində vasitəçilik edə bilən məsuliyyətli qlobal aktor olduğunu göstərir.

Fikrimcə, Pakistan həm İran, həm də ABŞ ilə yaxşı münasibətləri qoruyaraq etibarlı vasitəçi kimi çıxış edə bildi. Bu balanslı yanaşma ona hər iki tərəfi danışıqlar masasına gətirməyə imkan verib ki, başqa güclü dövlətlər belə bunu bacarmamışdı.

Hazırda beynəlxalq ictimaiyyət və ölkə liderləri bu atəşkəsi uzunmüddətli sülh və sabitliyə doğru atılan mühüm addım kimi qiymətləndirirlər. Burada Pakistanın rolu “oyun qaydalarını dəyişən” bir amil kimi təriflənir.

Qısaca, Şərif və Munirin rəhbərliyi altında Pakistanın səyləri təkcə dağıdıcı müharibənin qarşısını almağa kömək etməyib, həm də dünyaya ümid verib. Əgər İslamabad danışıqları uğurla nəticələnsə, bu, davamlı sülhün başlanğıcı ola bilər. Belə vəziyyətdə də Pakistan ən vacib məqamda rəqib gücləri bir araya gətirən ölkə kimi yadda qalacaq”, - o bildirib.

Qeyd edək ki, İran və ABŞ arasında iki həftəlik atəşkəs razılaşması 8 apreldə qüvvəyə minib. Tərəflər sülh planı üzərində İslamabadda 10 apreldən danışıqlara başlayacaqlar.

Tarix
2026.04.09 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla