Yuxarı

Xalq artistləri işdən çıxarıldı - Bu teatrda nə baş verir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistləri işdən çıxarıldı - Bu teatrda nə baş verir?

Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib.

O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb:

"Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru (xalq artisti Yusif Eyvazov - red.) müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında Azərbaycanı ləyaqətlə təmsil edən yeganə aparıcı dramatik baritonu işdən çıxardı. Və təkcə məni yox. Bu bizim direktordan daha bir yalan".

O, eyni zamanda iddia edib ki, xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:

"Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər".

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən Yalçın Adıgözəlovun teatrda çaışmadığı bildirilib.

"Yalçın bəy filarmoniyada işləyir. Əvəz Abdullayevlə bağlı isə açıqlama veriləcək", - deyə teatrdan deyilib.

Qeyd edək ki, Y.Adıgözəlov 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2023-cü ildə isə Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat alıb.

Tarix
2026.04.04 / 12:36
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla