Yuxarı

Bakı AB ilə müzakirələrə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riqada akkreditə olunmuş Avropa Birliyinə (AB) daxil olmayan ölkələrin xarici nümayəndəlik rəhbərlərinin iştirakı ilə Latviya xarici işlər naziri Edqars Rinkeviçsin şərəfinə İsveçrənin Latviyadakı səfirliyi tərəfindən işçi nahar təşkil olunub. Görüşdə Latviya tərəfindən nazir E.Rinkeviçslə yanaşı, Latviya Xarici İşlər Nazirliyinin İkitərəfli Münasibətlər Direksiyasının rəhbəri və xarici işlər nazirinin müavini Margers Krams, nazirin müşaviri Martinş Dregeris və digərləri iştirak ediblər. Azərbaycan tədbirdə müvəqqəti işlər vəkili Gəray Muradov tərəfindən təmsil olunub.

Axar.az xəbər verir ki, tədbirin açılış nitqini söyləyən isveçrəli səfir Markus Datli nahar iştirakçılarını salamlayıb və sözü nazir E.Rinkeviçsə verib.

E.Rinkeviçs Latviyanın xarici siyasəti, Aİ xarici siyasətinin prioritetləri, terrorizmə qarşı mübarizə, təhlükəsizlik, "ZUBR" yük qatarı, nəqliyyat dəhlizləri kimi məsələlərə toxunub.

İştirakçılar tərəfindən verilən sualları cavablandıran E.Rinkeviçs Suriyadakı vəziyyətə toxunaraq münaqişənin region ölkələrinin iştirakı ilə və yalnız siyasi yolla həllinin mümkün olduğunu söyləyib. Suriyadakı atəşkəs rejiminin pozulmasını təəssüflə qarşılayan nazir bu ölkədəki mövcud vəziyyətin yaxşılaşdırılması, sülh danışıqlarının bərpa olunması və humanitar yardımın çatdırılması üçün tərəflər arasında atəşkəsin yenidən əldə olunmasının vacibliyini vurğulayıb.

Nazir Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə xüsusi fikir verilməli olduğunu qeyd edib. O, Aİ ilə NATO arasındakı əməkdaşlığın Varşava Bəyannaməsi əsasında davam etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir, həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının islahatına dəstəyini ifadə edib. O, Şuranın daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının zəruriliyini vurğulayıb, hazırkı daimi üzvləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi hallarda öz veto hüququndan istifadə etməkdən çəkinməyə çağırıb.

Avropa Birliyinin Şərq Tərəfdaşlığına toxunan E.Rinkeviçs Ukrayna və Gürcüstan ilə vizasız gediş-gəliş rejiminin tətbiqi istiqamətində irəliləyiş, Azərbaycanla Aİ arasında sazişlərin hazırlanması, AB ilə Belarus arasında danışıqlar barədə söhbət açıb.

E.Rinkeviçs G.Muradovla söhbəti zamanı Latviya Seyminin sədri xanım İnara Murnietsenin Bakıya hazırkı səfəri, eləcə də planlaşdırılan digər yüksək səviyyəli səfərlər haqda məlumat verib.

Tərəflər Azərbaycan tərəfindən baxılmağa təqdim olunmuş AB-Azərbaycan strateji tərəfdaşlığına dair saziş ətrafında fikir mübadiləsi də aparıblar.

Tarix
2016.10.04 / 00:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla