Yuxarı

Nazir: “Qarabağ konflikti belə həll olunmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Assambleyasının yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kontla görüşüb.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nazir Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin parlamentləri arasında mövcud olan əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.

Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayan E. Məmmədyarov parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir həmsöhbətini münaqişənin həlli ilə bağlı hazırkı durum barədə məlumatlandırıb. O, Azərbaycanın mövqeyini bir daha xatırladaraq qeyd edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nın məlum qətnamələrinə uyğun həll edilməlidir.

Sonra iqtisadi sahədə əlaqələrə toxunan E. Məmmədyarov 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğuna diqqəti cəlb edib. O, Azərbaycanda köklü iqtisadi islahatların aparıldığını və sərmayə qoyuluşu üçün cəlbedici imkanların olduğunu qeyd edərək, İsveçrə şirkətlərini daha da fəal şəkildə Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşuna dəvət edib. Nazir Azərbaycanda mühüm nəqliyyat infrastruktur layihələrinin həyata keçirildiyini və İsveçrə şirkətlərinin də buna maraq göstərəcəyinə inandığını bildirib. Bu xüsusda, "Ştadler Reyl" şirkəti ilə Azərbaycan Dəmir Yolları QSC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov federal müşavir Didye Burkhalterlə "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" saziş imzaladığını qeyd edərək, bunun ölkələrimiz arasında insanlar arasındakı təmasların artmasına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Görüş əsnasında həmçinin beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

Tarix
2016.10.10 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla