Yuxarı

Aureliya Qriqoriu İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aureliya Qriqoriu İlham Əliyevi təbrik etdi

Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan qürur duymağa haqqı olan ölkədir.

Dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində ümummilli lider Prezident Heydər Əliyev tərəfindən başlanmış düzgün siyasət və şəxsən Sizin yürütdüyünüz ardıcıl, ölçülüb-biçilmiş, qurucu, müasir siyasət sayəsində Azərbaycan investisiyalara ehtiyacı olan ölkədən mədəniyyət, sosial inkişaf, təhsil, təbabət, tikinti, yollar salınması, idman və başqa sahələrə milyonlarla sərmayə qoyan ölkəyə çevrilib. Müstəqil Azərbaycanın nailiyyətləri, dünyanın bir sıra qabaqcıl ölkələri ilə sağlam rəqabət aparan ölkəyə çevrilməsi dövlətə necə rəhbərlik etmək lazım olduğunu göstərən parlaq nümunədir. Azərbaycan özünün uğurlu multikulturalizm modelinə, millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternativi olan modelə malik ölkədir. "Azərbaycanın multikulturalizm modeli dövlət siyasəti səviyyəsinə çatdırılıb. Bu model bütün dünyada öyrənilməli və təbliğ edilməlidir". Bu yaxınlarda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda belə deyilib. Qeyd etmək istəyirəm ki, Sizin ölkənizin başlıca sərvəti xalqdır. Bu, ən müxtəlif millətlərdən olan, Sizin gözəl ölkənizdə yaşayan və özlərini qürurla azərbaycanlı adlandıran qonaqpərvər, səxavətli və gülərüz insanlardır".

Tarix
2016.10.18 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla