Yuxarı

Tehranda Xəzər dənizi ilə bağlı iclas başa çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası başa çatıb.

Axar.az xəbər verir ki, iki gün davam edən iclasda Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın nümayəndələri Konvensiyanın bir sıra müddəalarını müzakirə ediblər. Dənizin dibinin və təkinin bölgüsü, gəmiçilik, o cümlədən hərbi gəmilərin dənizdə üzməsi, su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi kimi məsələlər əsas müzakirə mövzusu olub.

Xəzəryanı ölkələrin nümayəndələri danışıqların yekununu müsbət qiymətləndirərək İran hökumətinə bu görüşü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürlərini bildirdilər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası Aşqabad şəhərində keçiriləcək.

İclasın keçirilmə vaxtı diplomatik kanallar vasitəsi ilə dəqiqləşdiriləcək.

Tarix
2016.10.24 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla