Yuxarı

Deputatdan Qarabağla bağlı pozitiv açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident danışıqlar prosesini Minsk Qrupu çərçivəsində aparan şəxsdir. Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu verməsi və bununla da ən böyük kompromisə getməsi ölçülüb-biçilmiş bir qərardır.

Bu sözləri Axar.az-a açıqlamasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili hesab edir ki, rəsmi Bakının ermənilərə vəd etdiyi muxtar respublika statusu ərazi bütövlüyümüzün təmin edilməsi ilə bərabər, eyni zamanda, Dağlıq Qarabağın erməni icmasının gələcəkdə də Azərbaycan ərazisində əvvəlki yaşam tərzini təmin edəcək:

"Bununla da böyük bir problemin və mümkün müharibənin aktiv fazaya keçməsinin qarşısı alınacaq. Təəssüf ki, Ermənistan hələ də konstruktiv mövqe sərgiləmir. Dünya ictimaiyyəti, aparıcı dövlətlər və Minsk Qrupu üzvləri Ermənistan tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini çox yaxşı görürlər. Bütün beynəlxalq hüquqi prinsiplərə nəzər salsaq, münaqişənin sülh yolu ilə həllinin yeganə ən optimal yolu ölkə başçısının təklif etdiyi variantdır. Ermənistan öz gələcəyi və Cənubi Qafqazda yeni bir səhifənin açılması üçün müsbət addım atmalıdır. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Regionda yeni bir sülh isə digər mövcud münaqişələrin həllində müsbət model rolunu oynaya bilər".

Tarix
2016.10.30 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla