Yuxarı

Cəlilabadda yağışdan sonra qədim yaşayış yeri tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb.

Kult.az Report-a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə yağan leysan nəticəsində rayonun Uzuntəpə kəndində, kanal boyu ərazidə sürüşmə baş verib. Sürüşmədən sonra tarixi faktlar üzə çıxıb.

Tarixçi, araşdırmaçı Ələsgər Mirzəzadənin sözlərinə görə, üzə çıxan yaşayış məskəni təxmini 4-5 hektar ərazini əhatə edir:

"Nümunələrə baxanda hiss olunur ki, abidə çoxtəbəqəlidir. Çünki vaxtilə həmin ərazidən kanal çəkilib. Kanal 3-4 metr dərinlikdə qazılıb. Mədəni təbəqələr dağılıb və qarışıb. Sürüşən də kanal boyu tökülən torpaqlardır. Bunların içərisində tunc-dəmir dövrünün, orta əsrlər dövrünün artefaktları daha çoxluq təşkil edir. Əlbəttə bu mənim fikrimdir.

Əlavə araşdırmalar aparılarsa, daha dəqiq söz demək olar. Ərazidə gildən hazırlanmış keramika nümunələri (qırılmış halda), müxtəlif formalı və müxtəlif tipli küp və kuzələrin sınıqları, tikili qalıqları (gil kərpiclər), şlak - ərinti (tərkibində metalın ərintisi var), ocaq izləri, müxtəlif saxsı qabların sınıqları (fiqurlu, dar boğazlı dolça, qazan, boşqab və s.) aşkarlanıb".

Ə.Mirzəzadə qeyd edib ki, qədim yaşayış məskəni ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunub.

Tarix
2025.05.03 / 18:45
Müəllif
Kult.az
Digər xəbərlər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?

Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla