Yuxarı

MİT rəhbəri kürd liderlərlə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MİT rəhbəri kürd liderlərlə görüşdü

Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın ötən gün İraqa səfər edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o, Ərbildə Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani, Kürdüstan Regional Hökumətinin (KRG) sədri Necirvan Bərzani, Kürdüstan Regional Rəhbərliyinin (KRG) Baş naziri Məsrur Bərzani və digər şəxslərlə görüşüb.

İkitərəfli danışıqlar zamanı İran və İsrail arasında müharibədən sonra bölgədəki son vəziyyət və regional sülhün təmin edilməsi üçün atılacaq addımlar müzakirə edilib.

Danışıqlar zamanı müzakirə olunan ən mühüm məsələlərdən biri də “Terrorsuz Türkiyə” prosesi olub. Bu çərçivədə bütün bölgənin terrordan təmizlənməsi və terrorun regional gündəmdən çıxarılması üçün gələcəkdə atılacaq addımlar müzakirə edilib.

Bundan əlavə, danışıqlar zamanı türkmanların təhlükəsizliyi və onların siyasi proseslərdəki rolu da ətraflı müzakirə olunub. Türkiyənin İraq türkmanlarının yanında olduğu bildirilib.

Önümüzdəki dövrdə İraq mərkəzi hökuməti və İraq Kürd Regional Rəhbərliyi orqanları ilə təmasların intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Tarix
2025.07.02 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla