Yuxarı

Azərbaycanlı müğənninin polkovnik babası niyə öldürülüb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulu Sübhü Nuri 1907-ci ildə indiki İranda anadan olub. Əsil-kökü Azərbaycanın Gəncə şəhərindədir. Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun Marağa qarnizonunun polkovniki olub. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra İran vətəndaşlarının böyük hissəsi buranı tərk edərək İrana qayıdıb. Bunlar içərisində böyük alim Lüfti-Zadənin atası, Bakıda kibrit ticarəti ilə məşğul olan Rəhim Ələsgərzadə və Qulu Sübhü Nurinin atasının ailəsi də olub. Rəhim Ələsgərzadə Tehrana geri dönüb, Qulu Sübhü Nurinin ailəsi isə Marağa şəhərinə köçüb.

Milli Ordunun polkovniki olaraq Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsində fəal iştirak edən Qulu Sübhi 1945-ci il noyabrın 20-dən dekabrın 14-nə qədər Marağa nahiyəsinə daxil olan Miyandoabı nəzarət altına alıb.

O, 1945-ci il dekabrın 12-də “21 Azər” hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin vəkili seçilib.

1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti İran şahlıq rejimi tərəfindən devrildi, şah qoşunları Azərbaycan işğal etdi. 20 mindən çox adam ya dar ağacına çəkildi, ya da güllələndi. Onların arasında polkovnik Qulu Sübhi Nuri də var idi.

Onun dar ağacından asılması səhnəsi barədə yazılır ki, ipi boğazına keçirən əsgərə bir anlıq dayanmağı xahiş edərək bu sözləri deyir: “Bu bərbad bina uzun müddət dayanmayacaq. Belə qanlı idarəçilik üsulları əbədi davam edə bilməz”.

Ona söz demək haqqı verən əsgərə qəzəblənən İran zabiti dərhal ayağının altındakı kətili vurur. Boğazında ipdən salanan Qulu Sübhinin nəfəsi kəsilir, lakin ip qırılır və o, üzü üstə yıxılır. Bunu bir anlıq şans hesab edən polkovnik, “Cəlladlar! İndi sözlərimə inanırsınızmı?! Dar ağacınızdakı ip də çürükdür. Vətən, sən mənim anamsan. Əbədi yaşa, Azərbaycan!” - deyir.

Lakin əsgərlər onu qaldırır və yenidən asırlar. Son nəfəsində “Azərbaycan” deyərək canın tapşırır.

Deyilənə görə, polkvonik Qulu Sübhi məşhur azərbaycanlı müğənni Ququşun babasıdır.

Tarix
2025.05.06 / 12:05
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla