Yuxarı

Bakıya buraxılmayan erməni yazıçı artıq Bakıdadır - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni publisisti, yazıçısı və ictimai xadimi Vahe Avetyan Bakıdadır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com-a Bakı Hava Limanında Vahe Avetyanı görən mənbə çatdırıb.

Eyni zamanda, Vahe Avetyanın özü də Bakıya səfər etdiyini təsdiqləyib.

O, bu barədə özünün Feysbuk səhifəsində yazıb: "Bakıdan salamlar".

Xatırladaq ki, bir müddət öncə heç kəsə xəbər etmədən, sadəcə, özünün dediyi kimi, "təyyarəyə minərək" Bakıya gələn Avetyan hava limanı ərazisindən ölkəyə buraxılmamışdı. Azərbaycan sərhədçiləri onun geri göndərilməsi barədə qərar vermişdilər. Avetyan özü də Heydər Əliyev adına beynəlxalq hava limanından paylaşdığı statusunda ona yaxşı baxdıqlarını, çaya-kofeyə qonaq edildiyini, ancaq ölkəyə buraxılmadığını açıqlamışdı.

Vahe Avetyan tanınmış yazıçı, publisist, ictimai-siyasi xadimdir, Ermənistan rəhbərliyinin apardığı siyasətə etiraz etdiyi üçün siyasi mühacir ömrü yaşamaqdadır. Avetyan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bu müharibəni Ermənistanı qızışdıran qüvvələr tərəfindən ortaya atıldığını daim bildirir və heç bir ərazi iddiası irəli sürmədən Azərbaycanla mehriban yaşamağın tərəfdarı kimi tanınır.

Tarix
2016.11.06 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla