Yuxarı

"ABŞ-ın Qafqaza münasibəti dəyişəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla ABŞ münasibətlərinin təməli ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qoyulub. Ona görə də hər iki ölkə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir-biri ilə dost və əməkdaşlıq münasibətində qalacaqlar.

Bu fikirləri Report-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, hər iki ölkə bir-birinə beynəlxalq aləmdə və birgə fəaliyyətdə lazımdır:

"ABŞ dünyanın supergüclərindən biri olduğundan, dünya proseslərinə ciddi təsir etmək imkanları var. Azərbaycan Şərqdə demokratik inkişaf edən, öz daxili və xarici siyasətini özü müəyyənləşdirən və unikal müasir dövlət qura bilib".

A.Mirzəzadə qeyd edib ki, hər iki dövlət bir çox sahələrdə əməkdaşlıq edir: "ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarında ölkənin xarici siyasətlərində bir sıra dəyişkliklərin olmasının vacibliyini vurğulamışdı. Düzdür, onun çıxışlarında Qafqaz və Dağlıq Qarabağ məsələsi ilə bağlı hansısa mövqeyi bildirilməyib. Lakin hesab edirəm ki, ümumi dəyişikliklər paketində regiona münasibətdə bir sıra məqamlar dəyişəcək. Həmçinin, yeni prezidentin Azərbaycanla münasibətlərin ABŞ-ın maraqlarına cavab verdiyi qənaətinə gələcəyinə heç bir şübhəm yoxdur".

"Azərbaycan öz resursları hesabına güclü dövlət qurmaq modelini ortaya qoyub. Azərbaycan bir çox xalqların mədəniyyətlərini və dinlərini sərbəst inkişaf etdirə biləcəyi ölkədir. Bütün bu məsələlər Donaldın seçkiqabağı bəyanatlarında vaxtaşırı vurğulanırdı. Ümid edirəm ki, onun prezidentliyi dövründə hər iki ölkənin münasibətləri daha da güclənəcək", - deyə deputat vurğulayıb.

Tarix
2016.11.09 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla