Yuxarı

İran mediası ilə əlaqələrimiz... - MŞ sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və İran arasında KİV-lərin əlaqələri mövzusunda çıxış edib.

APA-nın məlumatına görə, Ə.Amaşov islam ölkələri arasında KİV-lərin birliyinin önəmli olduğunu vurğulayıb.

"Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin inkişafına dair saziş imzalanıb. Biz gələcəkdə iki ölkə KİV-lərinin həm Azərbaycanda və həm də İranda daha aktiv fəaliyyətinin şahidi olacağıq, onlar bir-biri ilə təcrübə mübadiləsi aparacaqlar", - deyə Ə.Amaşov bildirib.

Mətbuat Şurasının sədri İranda mətbuat sərgisinin keçirilməsi ilə bağlı bildirib ki, bu, dəyərli bir təcrübədir.

"Azərbaycan və İran mənəvi baxımdan bir-birinə bağlı ölkələrdir, müştərək adət-ənənələrə sahibdir. Ölkələrimiz beynəlxalq qurumlarda bir-birini dəstəkləyir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri İran olub. Azərbaycan və İran arasında siyasi, iqtisadi və mədəni əlaqələr möhkəmdir. Prezident İlham Əliyevin İrana və Prezident Həsən Ruhaninin Azərbaycana qarşılıqlı səfərləri zamanı bu əlaqələr daha da gücləndirilib. Bu əlaqələrin inkişafında isə KİV-lərin özünəməxsus rolu var", - deyə Ə.Amaşov bildirib.

Tarix
2016.11.10 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla