Yuxarı

Şamaxıda torpaq uçqunu: 2 ölü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda iki nəfər su-kanalizasiya xəttinin çəkilişi zamanı torpağın altında qalaraq dünyasını dəyişib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində Şamaxı şəhərində qeydə alınıb. Şamaxı-Pirqulu yolunun kənarında salınan yeni yaşayış massivinə su-kanalizasiya xəttinin çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin iki işçisi bədbəxt hadisə nəticəsində ölüb.

Məlumata görə boru xəttinin çəkilişi üçün qazılan eni 2 metr, dərinliyi 3 metr olan xəndəyin divaları qəflətən uçub və orada qaynaq işləri görən Şamaxı şəhər sakini 1970-ci il təvəllüdlü Şirəliyev Aydın Vaqif oğlu və rayonun Carhan kənd sakini 1971-ci il təvəllüdlü Söhbətov Müslüm Alı oğlu torpağın altında qalıb.

Dərhal əraziyə FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Bir saat ərazində torpağın altında qalan hər iki şəxs dünyasını dəyişib. Onların cəsədləri çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix
2014.03.17 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla