Yuxarı

Ramil Usubov Əfqanıstanın Xarici işlər naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Z.A.Osmani ilə yenidən görüşməsindən məmnunluq duyduğunu, ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda hər iki ölkənin prezidentlərinin siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb.

Daha sonra R.Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə qısa məlumat verib. Nazir deyib ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb, ölkəmizə xarici sərmayənin axını üçün münbit şərait yaradılıb.

Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik R.Usubov iki ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılması məqsədi ilə "Azərbaycan Respublikası Hökuməti və Əfqanıstan İslam Respublikası Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Z.A.Osmani qarşılıqlı səfər və görüşlərin hər iki qardaş və dost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb, qeyd olunan saziş layihəsinin tezliklə imzalanacağına əminliyini bildirib.

Tarix
2014.03.18 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla