Yuxarı

Ukraynada azərbaycanlılar aksiya keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan azərbaycanlılar BMT-nin bu ölkədəki ofisinin qarşısında aksiya keçirib. Aksiyanın təşkilatçısı Beynəlxalq Azad Azərbaycan Birliyidir. Aksiyanın keçirilməsinə səbəb son günlərdə Rusiyanın Krımda apardığı işğalçılıq siyasətidir.

Hazırda Ukraynada mühacirətdə yaşayan Beynəlxalq Azad Azərbaycan Birliyinin sədri Fəhmin Hacıyev həmin aksiya barədə bunları deyib: "Ukraynada və dünyada yaşayan azərbaycanlıların əksəriyyəti kimi, biz də Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Rusiya qoşunlarının Krımı işğal etməsi ilə bağlı artıq bir aksiya keçirmişik. Bu, ikinci aksiyadır. Bizim məqsədimiz Ukrayna xalqını müdafiə etməklə bərabər, Azərbaycanın da Qarabağ problemini hər an gündəmə gətirməkdir. Rusiyanın imperiya qurmaq siyasəti təkcə Krım üçün yox, bütün dünya xalqları üçün təhlükəlidir. Bacardığımız qədər bu işğalçılıq siyasətinə qarşı əlimizdən gələni edəcəyik. Təkcə Krımın deyil, Rusiyanın işğal etmək məqsədi olan bütün xalqların yanındayıq".

Qeyd edək ki, aksiyanı keçirən Beynəlxalq Azad Azərbaycan Birliyinin üzvləri Ukraynada yaşayan azərbaycanlılardan ibarətdir. Birlik barədə qurumun sədri Fəhmin Hacıyev musavat.com-a danışıb: "Birliyin məqsədi dünyada yaşayan azərbaycanlılar arasında əlaqələri gücləndirmək, Azərbaycanda demokratik cəmiyyətin qurulmasına kömək etmək və dünyada yaşayan azərbaycanlıların birliyini yaratmaqdır. Bizim təşkilatımız bu istiqamətdə çoxdan fəaliyyət göstərir. Bu gün də rəsmi olaraq, aksiya ilə bağlı dövlət orqanlarına müraciət etmişik".

Kiyev Milli Texnologiya Universitetində oxuyan azərbaycanlı tələbə Orxan Eyyubzadə aksiya ilə bağlı musavat.com-a son məlumatları verib: "Aksiyada mənimlə bərabər Ukraynada yaşayan əksər azərbaycanlı tələbələr iştirak edib. Bizim məqsədimiz hər zaman Ukrayna xalqının yanında olduğumuzu nümayiş etdirməkdir".

Aldığımız məlumata görə, aksiya iştirakçıları Ukrayna meydanına doğru irəliləyiblər. ("Musavat.com")

Tarix
2014.03.27 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla