Yuxarı

TANAP-a qoşula bilərik - İran

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TANAP-a qoşula bilərik - İran

İqtisadi nöqteyi-nəzərdən TANAP layihəsi İran üçün sərfəli olarsa, biz bu layihəyə qoşula bilərik.

Bunu APA-ya açıqlamasında İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin baş direktoru Həmidrza İraqi bildirib.

"İran Milli Qaz Şirkəti 50 ildən çoxdur fəaliyyət göstərir. Bizim siyasətimizin əsası ondan ibarətdir ki, ixracımız iqtisadi baxımdan səmərəli olmalıdır. Bu, olduqca önəmli amildir. TANAP layihəsi də bizim üçün səmərəli olarsa, layihəyə qoşula bilərik. İran öz qazını daha sərfəli şərtlərlə ixrac etmək istəyir", - o bildirib.

Ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.

17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək

TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%.

Tarix
2016.12.29 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Forumda sənədlər mübadilə edildi - Foto

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla