Yuxarı

Nazarbayevin bu qərarı... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nursultan Nazarbayevin səlahiyyətlərinin bir hissəsini parlamentə, bir hissəsini isə hökumətə verməsi barədə qərarını açıqlayanda maraqlı bir çıxış etdi. Dedi ki, vaxtilə ölkədə güclü prezident idarəçiliyinin olması dövlətçiliyin əsaslarının qurulub möhkəmlənməsinə xidmət etməliydi və xidmət də edib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Qazaxıstan lideri Nursultan Nazarbayevin prezidentin bəzi səlahiyyətlərinin parlament və Nazirlər Kabinetinə verilməsi qərarını şərh edərkən deyib. Q.Həsənquliyev bildirib ki, doğrudan da bir siyasətçi və dövlət xadimi kimi, Nazarbayev çox müdrik adamdır:

“Sevindirici haldır ki, o öz milli kimliyini dərk edən, soy-kökünə sadiq, türk xalqlarının birliyi istiqamətində çalışan şəxsdir. Bu hadisəyə həm də ona görə şad oldum ki, Qazaxıstan MDB məkanında Qırğızıstandan sonra parlament tipli respublikaya doğru addım atan ikinci türk respublikasıdır. Nazarbayev yaxşı başa düşür ki, qanunun aliliyinin təmin olunması, demokratiyanın inkişafı parlament idarəçiliyindən keçir”.

Q.Həsənquliyev bidlrib ki, BAXCP də hər zaman parlament respublikasının tərəfdarı olub:
“Azərbaycanda Qazaxıstan və Qırğızıstandan fərqli olaraq, 1 milyon qaçqın var, torpaqlarımız işğal altındadır. İndi ölkədə güclü mərkəzi hakimiyyətə ehtiyac var. Müharibə dövründə ölkə rəhbərinin əlində geniş səlahiyyətlərin olması həmişə məqsədəuyğun hesab edilib. Amma biz müharibə vəziyyətində olsaq da, uzun illərdir ki, atəşkəs rejimindəyik”.

Azərbaycanın parlament tipli respublikanın – Xalq Cümhuriyyətinin varisi olduğunu bildirən millət vəkili parlament respublikasına keçid vaxtının yaxınlaşdığını düşündüyünü dilə gətirib.

Tarix
2017.01.29 / 23:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla