Yuxarı

Türkiyə və İranı Yaxın Şərqdə gözləyən təhlükə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə hazırkı dönəmdə baş verən proseslər, əslində, yaxın gələcəkdə baş verə biləcək daha kəskin münaqişələrin xəbərçisidir.

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu deyib. Analitikin sözlərinə görə, Qərbin yeni istiqamətdən cəbhə açacağını istisna etmək olmaz:

“Əgər Yəməndən husilər Ər-Riyadı raket hədəfinə çevirirlərsə, bundan qısa bir zaman sonra Tel-Əvivdən də Qəzza hədəf olaraq götürülürsə və bütün bunlar ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda baş verirsə, deməli, bölgə yeni və daha kəskin proseslərin astanasındadır. Hazırda Livan, İraq və Suriyada mövqeləri kifayət qədər güclü olan İranın husilərin vasitəsilə Yəməndə ərəb koalisiyası ilə dolayısı müharibə apardığı bir dövrdə, nəzərə alsaq ki, Rakka üzərinə hücumdan imtina edilib, bu zaman Vaşinqtonun Suriyanın şimalında Türkiyənin daha aktiv mövqeyə gəlməsində maraqlı olduğunu söyləmək olar”.

Vüqar Zifəroğlu vurğulayıb ki, indiki dönəmdə Türkiyə ilə İranı üz-üzə gətirmək cəhdləri boşa çıxacaq:

“Yaxın Şərq siyasətində ciddi rəqib olmalarına, maraqlarının nəinki fərqli, hətta bir çox prinsipial məqamlarda toqquşmasına baxmayaraq, Türkiyə ilə İranı üz-üzə gətirmək cəhdləri baş tutmayacaq. Suriyada hər iki ölkənin maraq konturları artıq cızılıb və tərəflər hələlik bu sərhədləri keçmirlər. Başqa tərəfdən, ortada Rusiya faktoru var ki, belə bir zamanda Moskva bu iki ölkənin qarşı-qarşıya gəlməməsində ən maraqlı tərəf, eyni zamanda, vasitəçi kimi çıxış etməkdədir. Suriya problemi ilə bağlı Astanada keçirilən forum bunun ən bariz nümunəsidir”.

Tarix
2017.02.10 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol İranla sərhədi bağlayıb, Türkiyəyə sığınacaq

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla