Yuxarı

Ukraynalı deputatlar İçərişəhərdə - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri ölkəmizə işgüzar səfər çərçivəsində fevralın 20-də İçərişəhərlə tanış olublar.

Axar.az xəbər verir ki, əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış qala XII əsrdə bərpa edilib. Əsas qala və ona bitişik dayaq tikilidən ibarət silindrik formalı tarixi abidənin hündürlüyü 28 metr, diametri 16-16,5 metrdir.

Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da böyük maraq doğurub.

Elektromobillərdə gəzinti zamanı ukraynalı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində dövlət tərəfindən mühafizə edilən, müxtəlif əsrlərə aid olan tarix-memarlıq abidələri yerləşir.

Ali Radanın nümayəndələri Şərq memarlığının şah əsərlərindən biri – dünya əhəmiyyətli “Şirvanşahlar sarayı kompleksi” tarix-memarlıq abidəsi ilə də tanış olublar. Onlara məlumat verilib ki, XV əsrin əvvəllərində inşa edilmiş bu tarixi abidənin tikililəri İçərişəhərin ən hündür yerində yerləşir. Saray Xəzər dənizindən və şəhərin ətrafındakı təpələrdən aydın görünür.

Tarix
2017.02.20 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla