Yuxarı

Diş ağrısını saniyələr ərzində yox edən təbii üsul

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diş ağrısını saniyələr ərzində yox edən təbii üsul

Diş ağrısından xilas olmağa bəzi hallarda dərmanlar belə kömək etmir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diş ağrısını saniyələr ərzində yox edən təbii bir üsul var.
Qəribədir ki, bu bitkinin tozu diş arğısı ilə yanaşı, ziyillər üçün də tövsiyə edilir. Söhbət yabanı kərəvizdən gedir. Yabanı kərəviz zəngin tərkibi sayəsində immunitet sistemini gücləndirməyə kömək edir. Sümük sağlamlığını dəstəkləyir və enerji verir.

Bu bitkinin ən böyük üstünlüklərindən biri tərkibində antioksidant olmasıdır. Bundan əlavə, ürək-damar sağlamlığına müsbət təsir göstərən yabanı kərəviz yüksək təzyiq riskini azaltmağa da kömək edir.

Tərkibindəki təbii maddələr sayəsində bədəndə yığılan artıq mayeni çıxarır. Qan təzyiqini aşağı salır. Həzm sisteminə də faydalıdır. Kalorisi az olduğu üçün pəhriz saxlayanlar üçün ideal qidadır.

Tərkibindəki antioksidantlar və digər birləşmələr iltihabı azalda və xroniki iltihabla əlaqəli xəstəliklərdən qoruya bilər. Bundan əlavə, oynaq pozğunluqları və ya artrit kimi hallarda yabanı kərəviz istehlakı ağrıları yox edir.

Stress və narahatlığı azaltmaq üçün də bu bitkiyə şans vermək olar. Çünki yabanı kərəviz sinir sistemini sakitləşdirir və rahatlaşdırıcı təsir göstərir.

Ağızda iltihaba və diş ağrısına səbəb olan problemləri yabanı kərəvizlə aradan qaldırmaq olar. Bunun üçün qudurulmuş yabanı kərəvizi toz halına salıb dişlərin dibinə çəkmək lazımdır.

Tərkibindəki bəzi komponentlər sayəsində ziyilləri qurudur. Bəzi ənənəvi müalicələrdə ziyillərə yabanı kərəviz və ya onun ekstraktından hazırlanmış məcun və məlhəm çəkilir.

Bu bitki salatlara, şorbalara və ya bir çox müxtəlif yeməyə əlavə edilə bilər.

Tarix
2024.05.03 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla