Yuxarı

Cəbhədə gərginlik: İrəvan öz işini çətinə salır – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində son iki gündə Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar törədib. Ötən sutka ərzində düşmən ordusu 60, 82 millimetrlik minaatanlardan, eləcə də D-44 topundan istifadə etməklə atəşkəs rejimini 117 dəfə pozub. Ermənistan ordusunun cəbhədə aktivliyinin artmasına rəsmi Bakıdan cavab gecikməyib.

Axar.az xəbər verir ki, hərbi ekspertlər mövcud vəziyyəti Xəzər Xəbər-ə şərh ediblər.

Xarici İşlər Nazirinin müavini Xələf Xələfov deyib ki, Ermənistan bu cür təcavüzkar meyllərlə ancaq öz işini çətinə salır və başlayacaq müharibənin bütün məsuliyyəti rəsmi İrəvanın üzərində olacaq.

Cəbhədə baş verən son gərginliyi şərh edən sabiq korpus komandiri polkovnik Şair Ramaldanov Ermənistan ordusunun ötən ilin aprel ayında itirdiyi əraziləri geri qaytarmaq üçün atdığı bütün addımların, o cümlədən son iki gündəki təcavüzkar addımlarının boşa çıxdığına diqqət çəkib. Şair Ramaldanov bunun Ermənistan ordusunun artıq Azərbaycan ordusunun qarşısında duracaq gücdə olmadığının sübutu olduğunu vurğulayıb.

Şair Ramaldanovun sözlərinə görə, Ermənistan rəhbərliyi öz hakimiyyətinin vaxtını uzatmaq üçün hətta Qarabağda savaş versiyasını da həyata keçirə bilər. Sabiq korpus komandiri bu addımın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bitəcəyinə əmin olduğunu bildirib.

Onu da qeyd edək ki, Ermənistan ordusu son iki gün ərzində bütün cəbhəboyu irimiqyaslı təxribatlar törədib və hücuma keçməyə cəhd göstərib. Lakin Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmən xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Tarix
2017.02.26 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla