Yuxarı

Moskva Tehranla Ankaranı barışdırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruhaninin Moksva səfəri ilk növbədə iki istiqamətdə, siyasi və iqtisadi hədəflər kontekstində qiymətləndirilməlidir.

Bu sözləri Axar.az-a İran Prezidenti Həsən Ruhaninin Rusiya səfərini şərh edən analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, iqtisadi hədəflər ümumi ticarət dövriyyəsinin artırılmasından tutmuş energetika sahəsində əməkdaşlığa qədər iki ölkə arasındakı müştərək layihələri əhatə edir:

“Eyni zamanda, Rusiyada Azərbaycanın adının çəkilməsi ölkəmizin önəmindən xəbər verir. Azərbaycan müxtəlif nəqliyyat axınlarında açar ölkə statusunu özündə saxlayır”.

Analitik səfərdə siyasi hədəflərin əsasən Yaxın Şərqlə bağlı olduğunu bildirib:

“Rusiya və İranın bu regionda bir çox nöqtələrdə üst-üstə düşən maraqları var və hazırda Rusiya-İran tandemi Yaxın Şərqdə son dərəcə irəliləyib. Tehran və Moskva istər Suriya, istərsə də Yaxın Şərq siyasətini uzlaşdıra bilirlər”.

V.Zifəroğlu əlavə edib ki, Moskvada Rusiya və İran arasında Türkiyə ilə bağlı müzakirələr də gözlənilən idi:

“Suriya, İraq və digər prinsipial nöqtələrdə İran və Türkiyənin maraqları ziddiyət təşkil edir. İndiki məqamda Türkiyə-İran münasibətlərinin normallaşması birbaşa Moskvanın maraqlarına cavab verir. Böyük ehtimalla, bu barədə ciddi müzakirələr aparılıb”.

Analitik İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlığının mümkünlüyündən də söz açıb:

“Bunun üçün ilk növbədə hər üç ölkənin maraqları üst-üstə düşməlidir. Bundan öncə Türkiyə-Rusiya-Azərbaycan üçlüyünün yaranması gündəmdə idi. Ancaq bu, baş tutmadı, çünki Ankara və Moskvanın maraqları üst-üstə düşmürdü. İndi isə İran və Rusiyanın maraqlarının uzlaşması o demək deyil ki, bu format yarana bilər. Əgər iqtisadi layihələrdə Bakının maraqları təmin olunarsa, Azərbaycan burada iştirak edə bilər. Ancaq bunun sırf strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi inandırıcı görünmür”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani martın 27-28-də Rusiyada rəsmi səfərdə olub.

Tarix
2017.03.30 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla