Yuxarı

Bakı İrəvana daha bir şans verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qarabağ probleminin dinc yolla həlli üçün Ermənistana daha bir şans verdi.

Bu sözləri Axar.az-a millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkilinin qənaətinə görə, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 28 apreldə Moskvada baş tutan saat yarımlıq görüşündə bir çox ciddi məsələlərə toxunulub:

“Əslində, bu gün problemin həlli Azərbaycandan çox, Ermənistana lazımdır. Qonşu dövlətin torpaqlarının bir hissəsini işğal etməsi, Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olması, iqtisadi böhranın və emmiqrasiyanın dərinləşməsi Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altında qoyur. Bunu artıq Ermənistan cəmiyyəti də dərk edir. Ötən parlament seçkilərində erməni müxalifət birmənalı şəkildə alternativ yolu Azərbaycan torpaqlarının qaytarılmasında gördü. Azərbaycan hazırda torpaqlarını işğaldan azad etmək üçün bütün variantları nəzərdən keçirir. Hərb yolu isə hər zaman gündəlikdədir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Rusiyadan aldığı döyüş texnikasınının bir hissəsini ictimaiyyətə nümayiş etdirməsi əslində Ermənistana xəbərdarlıq idi:

“İrəvan təxribatlara davam etsə, əks həmləyə məruz qala, aprel hadisələri bu dəfə Ermənistan üçün daha ağır formada təkrarlana bilər. Ona görə də Azərbaycan Ermənistana problemin dinc yolu ilə həlli üçün daha bir şans verdi. Artıq Ermənistan qərarını verməlidir. Azərbaycanın problemin həlli ilə bağlı kifayət qədər variantı var və onlardan istifadə suveren hüququmuzdur”.

Tarix
2017.04.30 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla