Yuxarı

Polkovnik erməni təxribatlarının gizlinlərini açdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ali Baş Komandanı imitasiya xarakterli danışıqlara getməyəcəyini konkret olaraq bəyan edib.

Bu barədə Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb.

Polkovnikin sözlərinə görə, Ermənistan cəbhəyanı bölgələri və dinc sakinləri atəşə tutmaqla Azərbaycanı adekvat addımlar atmağa təhrik etməyə çalışır ki, bu da İrəvanın çıxış yolunun tükəndiyindən xəbər verir:

“Qarabağ uğrunda müharibə davam edir, sadəcə olaraq, hələ təmas xəttində aktiv irimiqyaslı əməliyyatlar başlamayıb. Azərbaycan əsgəri öz yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməklə bağlı hər ən böyük əmri yerinə yetirməyə hazırdır”.

Ekspert bildirib ki, cəbhə xəttində ermənilərin son təxribatları müəyyən səbəblərdən qaynaqlanır:

“Ermənistan hakimiyyəti ölkədə siyasi gərginlik olan kimi cəmiyyətin fikrini yayındırmaq üçün məhz bu cür təxribatlara əl atır. İkinci məsələ odur ki, Ermənistan danışıqlar ərəfəsində, beynəlxalq qurumların Qarabağla bağlı konkret təklifləri qarşısında aciz qalan zaman dərhal Qarabağda gərginlik yaradır”.

Polkovnikin sözlərinə görə, Ali Baş Komandan imitasiya xarakterli danışıqlardan çoxdan imtina edib:

“Bu isə münaqişənin hərb yolu ilə həllinin yaxınlaşması deməkdir. Ermənistan təxribatları artırdıqca, Qarabağın işğalının ömrü də azalır. Aprel hadisələri ermənilərə yaşayış məntəqələrini atəşə tutan zaman hansı nəticələrlə üzləşəcəklərini göstərib. Azərbaycanın imkanları böyükdür və tezliklə onlar işə salınacaq”.

Tarix
2017.08.11 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla