Yuxarı

Bakı Naxçıvana quru yolunu təmin etmək üçün... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu vasitəçiləri də prezidentlərin Nyu-York görüşünü istisna etmirlər.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

Siyasi şərhçi prezidentlərin indiki vəziyyətdə Nyu-Yorkda görüşə biləcəyinin real olmadığını düşünür:

“Çünki Dağlıq Qarabağ danışıqlarında heç bir irəliləyiş yoxdur. Prezidentlərin son görüşü də digərləri kimi nəticəsiz qaldı. Bu arada, atəşkəs intensiv pozulur, hər iki tərəfdən itkilər var. Üstəlik, Ermənistan ordusu Dağlıq Qarabağdan kənar Azərbaycan ərazilərini atəşə tutur. Görüş xatirinə görüş Ermənistan hakimiyyətinə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsın. Ona görə də “prezidentlər görüşəcək” dezinformasiyaları daha çox İrəvanın nəzarət etdiyi saytlarda yayılır”.

Politoloq Ermənistan mətbuatında Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair yazıların yayınlanmasına toxunub:

“Ermənistan ordusu hazırda Azərbaycana sərhədboyu rayonlarda problemlər yaradır. Tovuz və Qazaxın Qarabağa aidiyyatı yoxdur. Ancaq bu bölgələr də atəşə tutulur. Halbuki Ermənistan hakimiyyətinə məlumdur ki, Azərbaycan Ordusunun məqsədi Dağlıq Qarabağ və onun ətraf rayonlarını azad etməkdir.

Buna baxmayaraq, Azərbaycanın strategiyası dəyişə də bilər. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq Zəngəzur və İrəvan xanlığının Azərbaycana mənsubiyyətindən danışır. Buna görə də erməni təhlilçilər deyirlər ki, Azərbaycanın Ermənistan torpaqlarında, o cümlədən Zəngəzurda gözü var. Ermənistan hakimiyyəti Naxçıvandan da arxayın deyil. Son illər Naxçıvandakı hərbi hissələr gücləndirilir, Türkiyənin bu bölgədə hərbi varlığının artırılması haqqında fikirlər genişlənir. Ona görə də genişmiqyaslı müharibə başlayacağı halında bunun yalnız Dağlıq Qarabağı və ətraf rayonları əhatə etməyəcəyi, bütün sərhədboyu, o cümlədən Zəngəzur və Naxçıvanı da əhatə edə biləcəyi istisna deyil. Azərbaycan Ordusu Naxçıvan istiqamətində Ermənistana ciddi problemlər yarada bilər. Belə olan halda Ermənistan bütün növ qoşun birliklərini yalnız Dağlıq Qarabağ istiqamətində cəmləşdirməkdə çətinlik çəkəcək. Erməni separatçıları vaxtilə Laçını ona görə işğal etdilər ki, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizə nəzarət etsinlər. İndi də danışıqlarda bu dəhlizi nəzarətdə saxlayacaqlarına dair hamıdan təminat istəyirlər. Buna cavab olaraq ordumuzun Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasındakı dəhlizi nəzarətə götürməsi aktuallaşır”.

Tarix
2017.08.15 / 14:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla