Yuxarı

Obama: “İmperiyalar dövrü arxada qaldı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama: “İmperiyalar dövrü arxada qaldı”

ABŞ prezidenti Barak Obama Varşavada çıxışı zamanı Ukraynanın yeni hakimiyyətini tanıdığını deyərək bu ölkədə vəziyyəti ağırlaşdırmağa davam edəcəyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib.

Axar.az xəbər verir ki, Obama Polşanın demokratiyaya keçidinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

"Azad xalqlar çiyin-çiyinə dayanaraq Rusiyanın bundan sonrakı təxribatlarının bu ölkə üçün daha böyük təcrid və maliyyə xərcləri bahasına başa gəlməsinə nail olacaqlar. Biz bir yerdəyik, çünki sülh və təhlükəsizlik uğrunda mübarizədə məsuliyyət olduğuna inanırıq. İmperiyalar və işğalçılıq sferası arxada qalıb. Böyük xalqlar kiçikləri qorxuda və öz istədiklərini onlara diktə edə bilməz" – deyə Obama bildirib.

Amerikalı prezident eyni zamanda ABŞ-ın Krımın Rusiya tərəfindən işğalını tanımadığını deyib: "Qələm heç vaxt hər hansı torpağın oğurlanmasına xidmət edə bilməz, buna görə də biz Krımın işğalını və ya Ukraynanın ərazi bütövlüyünün pozulmasını tanıya bilmərik".

Bu çıxışından sonra tədbirdə çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko Obamaya yaxınlaşaraq ona minnətdarlığını bildirib.

Tarix
2014.06.04 / 17:45
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla