Yuxarı

Turistlərin sayında 21 faiz artım var - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb. Sözsüz ki, turizmin inkişafı müasir nəqliyyat vasitələri olmadan mümkün deyil.

Report xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycana avtobus və avtomobillə gələnlərin sayı çoxalıb: “Bundan başqa, yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun turizm məqsədilə istifadəsi gündəlikdədir. Turizmin inkişafının birbaşa olaraq hava nəqliyyatı ilə bağlı olduğunu etiraf etməliyik. Hava nəqliyyatı isə son vaxtlar nəinki paytaxtda, eyni zamanda digər şəhərlərdə inkişaf edir”.

Nazir ölkə mədəniyyətinin tanıdılması istiqamətində də öz tövsiyələrini də verib: “Azərbaycan Hava Yolları” QSC (”AZAL”) təyyarələrdə sərnişinlərə müxtəlif nəşrlər təqdim edir. Mən hətta kiçik nəşrlərdə Azərbaycan şairlərinin şeirlərini, nağıllarımızı, uşaqlar üçün kitabların qoyulmasının tərəfdarıyam. Səfərə gələn insanlar Azərbaycan haqqında nəinki televiziya, nəşrlər vasitəsilə də məlumat almalıdırlar. Bu, mədəniyyətə yeni baxış ola bilər. Mədəniyyət Azərbaycanın aynası olaraq hər bir aviasiya şirkətinin sütunlarından biri olmalıdır. Əgər biz onu düzgün istifadə etmiriksə, məqsədimizə nail ola bilmərik. Azərbaycana gələnlər təkcə yemək, biznes, pul xərcləmək üçün gəlmirlər. Onlar ilk növbədə Azərbaycanın mədəniyyəti, həyat tərzi, təfəkkürü ilə tanış olmağa gəlirlər. Ona görə də hesab edirəm ki, turizm şirkətləri Azərbaycanın zəngin mədəniyyətinin təbliğini əsas götürməlidirlər”.

Tarix
2017.10.19 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla