Yuxarı

Arxiv açıldı: Hitler intihar etməyib, qaçıb – Şok foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hitlerin intihar etməməsi ilə bağlı vaxtaşırı olaraq gündəmə gələn məlumat FTX məxfi sənədlərinin açılması ilə bir daha böyük marağa səbəb olub.

Axar.az xəbər verir ki, FTX-nin üstündən məxfilik qrifi götürülən 3 min sənədi arasında Con Kennedinin qətli ilə yanaşı, Adolf Hitlerin 1945-ci ildə Berlində intihar etmədiyi, qaçaraq xilas olduğu və Cənubi Amerikada gizləndiyi barədə məruzə də üzə çıxıb.

Bildirilir ki, Cənubi Amerikada Hitler ən azı 1954-cü ilə qədər yaşayıb və bu ildə onu görənlər olub.

“Keçmiş SS üzvü, Niderland Krallığının gəmi şirkətinin işçisi olan Sitroen təsdiqləyib ki, fürerlə ayda bir dəfə Marakaybo və Kolumbiyaya ezamiyyəti zamanı görüşüblər”, - sənəddə deyilir.

Həmçinin məxfi sənədə Sitroen və Hitlerin 1954-cü ildə Tunxada (Kolumbiya) çəkdirdikləri fotonun surətinin əlavə olunduğu üzə çıxıb. Sitroenin sözlərinə görə, 1955-ci ildə Hitler Argentinaya gəlib və bundan sonra onların heç bir görüşü olmayıb.

FTX sənədin və fotonun səhihliyini təsdiqləməyib.

Tarix
2017.10.29 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla