Yuxarı

Ərdoğan: Bu layihə ən sərfəli imkanları təqdim edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti tarixi “İpək Yolu” üzərində vaxt və məsafə baxımından nəqliyyatçılarımız üçün ən sərfəli imkanları təqdim etməsindədir. Sürətli qatar xətlərimizin hamısının istifadəyə verilməsindən sonra Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Orta Dəhliz vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq.

Axar.az xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionun nəqliyyatdan ticarətə, turizmdən enerjiyə qədər böyük potensiala malik olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Türkiyə xüsusilə son 15 ildə yatırdığı sərmayələrlə bu potensialı reallaşdırmağa çalışır.

Türkiyə Prezidenti deyib: “Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamı olaraq, bir çox xidməti xalqımızın istifadəsinə verdik. “Marmaray” sürətli qatar xətlərinin inşası, mövcud dəmir yolu xətlərinin yenilənməsi, İstanbulda inşa etdiyimiz və üzərindən dəmiryol xəttinin də keçəcəyi üçüncü körpü bu layihələrdən bəzilərdir. Yatırdığımız bu sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini daha da artırdıq. Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutlarına bağlayırıq. Eyni qaydada Türkmənistanın Türkmənbaşı limanı, Qazaxıstanın Aktau limanı vasitəsilə Avropaya çıxışını təmin edirik”.

Tarix
2017.10.30 / 20:42
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla