Yuxarı

İrəvan Bakı-Qarsa qoşula bilər: tək şərt... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mediası bu gün istifadəyə verilən “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə gələcəkdə Ermənistanın da qoşula biləcəyini yazıb.

Sözügedən iddianın nə qədər mümkün olub-olmadığı barədə Axar.az-a danışan politoloq, millət vəkili Rasim Musabəyov bildirib ki, Ermənistan Azərbaycanın qoyduğu şərtlərə əməl etdiyi təqdirdə bu, mümkün ola bilər:

“Gələcəkdə nə üçün Ermənistan da bu xəttə qoşulmasın?! Azərbaycan tərəfi bundan öncə də dəfələrlə vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çəkiləndən və müharibə bitəndən sonra Ermənistan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinə qoşula bilər. Ancaq indiki halda, sabitliyin pozulduğu bir vaxtda bunun o qədər də real göründüyünü düşünmürəm”.

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti ötən gün istifadəyə verilib.

Tarix
2017.10.31 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla