Yuxarı

Millət vəkili direktora təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə, ilk növbədə mərkəzin direktoru Elmar müəllimə təşəbbüsümüzü dəstəkləyərək Mərkəzin Səyyar Klinikasını Tovuz rayonuna göndərdiyi üçün təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva paylaşıb. Q.paşayeva bildirib ki, artıq 3-cü dəfədir Milli Oftalmologiya Mərkəzi onun təşəbbüsünü dəstəkləyərək Səyyar Klinikasını Tovuza göndərir və göz əməliyyatına ehtiyacı olan xəstələr yerindəcə yüksək səviyyədə əməliyyat olunur, onlarla insan peşəkar mütəxəssislər tərəfindən müayinə edilir, onlara müalicələr yazılır və ya lazımı məsləhətlər verilir:

“Bu dəfə də sakinlərimizə yüksək səviyyədə tibbi dəstək göstərilib. Əməliyyata ehtiyacı olan xəstələrimiz yerində əməliyyat olunub, onlarla insanımız yüksək səviyyədə müayinədən keçib, müalicələr yazılıb və məsləhətlər verilib. Bir daha Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar müəllimə, Yazgul Abdiyeva və aksiyada iştirak edən bütün dəyərli həkimlərə, tibb içlilərinə özümün və seçicilərimin adından təşəkkürümü bildirirəm”.

Tarix
2017.11.13 / 21:57
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla