Yuxarı

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır - TBMM sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə Asiya Parlament Assambleyasının 10-cu plenar iclası işə başlayıb.

Report xəbər verir ki, 31 ölkədən nümayəndə heyətinin iştirakı ilə keçirilən sessiyada Azərbaycanı Milli Məclisin deputatları Sevinc Fətəliyeva və İlham Məmmədov təmsil edirlər.

Enerji təhükəsizliyi, yoxsulluq, narkotik maddələrlə mübarizə, təbiəti mühafizə, məişət zorakılığı, iqtisadi əməkdaşlıq, miqrasiya, dinlərarası dialoq olmaqla 24 qətnamə yığıncağın əsas müzakirə mövzularıdır.

Noyabrın 21-də Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib. Əvvəlcə təşkilati məsələlərə baxılıb. Təşkilata sədrlik Kambocadan iki il müddətinə Türkiyəyə keçib və 2020-2021-ci illər üzrə təşkilata sədrilik edən ölkənin müəyyən olunması üçün səsvermə keçirilib.

Bundan başqa, üç gün nəzərdə tutulan sessiyada qurumun İcraedici Şurasının, siyasi işlər, iqtisadiyyat və davamlı inkişaf, sosial və mədəni işlər, heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları təşkil olunacaq.

TBMM sədri İsmayıl Kahraman çıxışında Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğuna diqqət çəkib, hər iki ölkənin bundan sonra da çiyin-çiyinə yol alacağını deyib.

Deputatlarımız toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə çıxış edəcəklər.

Asiya Parlament Assambleyası noyabrın 24-də işini yekunlaşdıracaq.

Tarix
2017.11.21 / 20:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla