Yuxarı

İrəvanın bu şouya çox ehtiyacı var - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaqda yalnız bir məqsədi var, o da müstəqil olduğunu nümayiş etdirməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib.

“Görünür, İrəvanın bu şouya çox ehtiyacı var. Ancaq o da faktdır ki, Ermənistan hər hansı xarici siyasət yürütmək iqtidarında deyil və müstəqil qərar vermək səlahiyyətini çoxdan itirib. Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyəti güdsə də, Moskvanın xəbərdarlığından sonra İrəvanın sərgiləyəcəyi mövqe maraqlı olacaq”, - deputat qeyd edib.

Qeyd edək ki, noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir. Ermənistan AB ilə çərçivə sazişi imzalamağa çalışır. Brüsseldəki sammitdə qəbul ediləcək yekun qətnamənin 2-ci bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü tam dəstəklənir. Erməni ekspertlərinin fikrincə, Sərkisyan hakimiyyəti Moskvanın tələbləri qarşısında geri çəkiləcək və Avropa İttifaqı ilə saziş imzalamaqdan son anda imtina edəcək.

Tarix
2017.11.22 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla