Yuxarı

Çətin günlər başladı - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə məzhəb qarşıdurmasından sonra ikinci - söndürülməsi daha çətin olan bir atəş yandırıldı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə münasibətində qeyd edib. O bildirib ki, bu qərarından sonra Trampın necə biri olduğunu bütün müsəlman dünyası gördü:

"Donald Trampın son açıqlamaları bölgəni daha da qarışdıracaq, gərginlikləri artıracaq. Çox çətin günlərin qarşıda olduğundan müsəlman dünyası hələ xəbərsizdir. Çünki onlar arasında birlik, bərabərlik yoxdur".

Millət vəkili vurğulayıb ki, biz bu mənzərəni Qarabağda - Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunanda görmüşdük:

"Həmin vaxt da müsəlman qardaşlarımız bizə köməyə gəlməmişdi, əksinə, onların bəziləri hələ də Ermənistanla yaxın əlaqələrini davam etdirir. Bu atəş nə qədər yanacaq, sonu nə olacaq, heç kim bilmir, amma üzülənlərin sayı çox olacaq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Qüdsü İsrailin paytaxtı elan edib və ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.

Tarix
2017.12.07 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla