Yuxarı

“Zabitlər biliklərini təcrübədə tətbiq etməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, Baş Qərargah rəisi məzunlar qarşısında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyətini, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin nəzərinə çatdırıb.

Zabitləri bu əlamətdar gün münasibətilə təbrik edən general-polkovnik N.Sadıqov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tövsiyələrini şəxsi heyətə çatdıraraq ordumuzun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün əldə etdikləri biliklərinin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Tarix
2014.07.31 / 00:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranın Bakıdakı səfirliyində matəm kitabı açılacaq

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı və Tiflis arasında kritik görüş oldu

Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...

Hərbi xidmətlə bağlı tibbi müayinənin aparılması qaydası

Mincivan qəsəbəsinə nə qədər əhali köçürüləcək?

Şeyx Xameneiyə başsağlığı verdi

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər

"Azərişığ"ın yeni idarəsi ilə bağlı qərar

İtaliya onu Azərbaycana səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla