Yuxarı

Türkiyə cəbhədəki vəziyyətə münasibət bildirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən son olaylarla bağlı münasibət bildirib.

Axar.az xəbər verir ki, Nazirlik cəbhədə gərginliyin artmasından narahat olduğunu bəyan edib.

XİN-in yaydığı bəyanatda deyilir:

"Bu hadisələr Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneədir və Dağlıq Qarabağ probleminin təcili həll edilməsinin vacibliyini bir daha ortaya qoyur".

Qarşıdurmalarda şəhid olan azərbaycanlılara rəhmət, ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verildiyi qeyd edilir:

"Problemin həll edilməməsi tərəflərin mənfəətinə xidmət etmir. Region ölkələri arasında yaxşı qonşuluq və əməkdaşlığa imkan verəcək bir mühitin yaradılmasına maneə törətməkdədir. Türkiyə qonşu və Minsk Qrupunun üzv bir ölkəsi olaraq Dağlıq Qarabağ probleminin həlli daxil olmaqla, bölgədə tam və əhatəli normallaşma istiqamətindəki səylərini qətiyyətlə davam etdirəcək".

Tarix
2014.08.02 / 23:40
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Radev: Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla