Yuxarı

Rəsulzadənin ermənilərə bu sözləri... - Yaqub Mahmudov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

“Cümhuriyyət dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Biz bütün Şərq üçün nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib”, - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, azərbaycanlılar hər zaman ermənilərə əl uzadıb:

“Onun ən bariz nümunəsi “Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq” deyən Məhəmməd Əmin Rəsulzadənin uzanan əlidir. Xalq Cümhuriyyəti Parlamentində erməni və “Daşnaksütyun” fraksiyaları var idi. Cümhuriyyət dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik və xalqlara bir ovuc cəllada görə münasibət bəsləmirik.

Amma ermənilər bizim əlimizi tutmadılar. Bolşevik Rusiyası sifarişlə Qarabağdakı separatçı erməniləri bizə qarşı qaldırdı. Xalq Cümhuriyyəti də öz ordusunu Qarabağa göndərməli oldu. 1988-ci ildə yenə həmin ssenarini həyata keçirdilər və Qarabağda Sərkisyan kimi başkəsənlər separatçı hərəkatın başında durdu. Ermənilər bütün dünyanın gözləri qarşısında Xocalı soyqırımını törətdilər. Yəni, tarix təkrar olundu”.

Tarix
2018.03.18 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla